AZ

İsrail və HƏMAS razılığa gəliblər

İsrail və Fələstinin Həmas hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqlarda irəliləyiş əldə ediblər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Associated Press (AP) vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.

 

Misirin yüksək rütbəli rəsmisi bildirib ki, İsrail, Qətər və ABŞ arasında çərşənbə axşamı Qahirədə planlaşdırılan görüşdən əvvəl vasitəçilər İsrail və Həmas arasında danışıqlarda "nisbətən əhəmiyyətli" irəliləyiş əldə ediblər.

 

Onun sözlərinə görə, qarşıdan gələn görüşün məqsədi altı həftəlik atəşkəs haqqında sazişin “yekun layihəsini” hazırlamaq olacaq.

Bundan əlavə, tərəflər arasında daimi atəşkəs haqqında danışıqların davam etdirilməsi üçün təminatlar verilir.

Misirdəki Qərb diplomatik korpusunun nümayəndələrindən olan başqa bir agentlik mənbəsi təsdiqlədi ki, biz həqiqətən altı həftəlik atəşkəsdən danışırıq, lakin “razılaşmaq üçün hələ də əlavə iş lazımdır”. O qeyd edib ki, çərşənbə axşamı günü keçiriləcək görüş "qalan fikir ayrılıqlarının həlli üçün mühüm əhəmiyyət kəsb edəcək ki, hər iki tərəf 6 həftəlik atəşkəsə razı olsun və yekun atəşkəs razılaşması üzrə danışıqlara başlasın".

 

Miri

 

Seçilən
58
15
Mənbələr
Şərh ()
Bağla