AZ

ABŞ ağıllı sırğalar hazırladı

Vaşinqton Universitetinin alimləri sağlamlıq göstəricilərini toplamaq üçün nəzərdə tutulmuş yeni geyilə bilən texnologiya növü üçün konsepsiya hazırlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.

Mütəxəssislər qulaq dibinə taxılan və müxtəlif məlumat toplamaq qabiliyyətinə malik ağıllı sırğalar hazırlayıblar. İlk növbədə cihaz istifadəçinin və ətraf mühitin temperaturunu qeyd edəcək. Əldə edilən məlumatlar stress, xəstəlik, idman, yemək vərdişləri və ya qadınların sağlamlıq meyllərini izləmək üçün faydalı olacaq.

Layihənin müəllifi, aspirant Qiuyue Xuenin sözlərinə görə, universitetin alimlərinin ixtira etdiyi sırğalar, adətən biləkdə taxılan ağıllı saatlar və fitnes-trekerlərdən daha dəqiq həyati əlamətlər haqqında məlumat toplayır. Bunu altı könüllünün iştirak etdiyi araşdırma da təsdiqləyib.

Bildirilib ki, ağıllı sırğalar bir dəfə şarjla 28 günə qədər işləyə bilir, cihaz məlumatları “Bluetooth” vasitəsilə smartfona ötürür.

Mütəxəssislərin fikrincə, gələcəkdə onlar avtonomiya problemini tamamilə həll edəcəklər: qurğu günəş və ya kinetik enerjidən istifadə etməklə enerji ilə doldurulacaq. (qafqazinfo)

Seçilən
74
6
Mənbələr
Şərh ()
Bağla