AZ

“Biz hələ də çempionluğa iddialıyıq” – şok məğlubiyyətlə üzləşdi, sözündən dönmədi

Kişi basketbolçular arasında ölkə çempionatının 14-cü turuna srağagün Xaçmazda yekun vurulub.

Yerli “NTD-İndiqo” “Xırdalan”ı qəbul edib. Oyun gözlənilmədən qonaqların qələbəsi ilə yekunlaşıb. Rəqibini 84:77 hesabıyla məğlub edən “Xırdalan” xal sayını 23-ə çatdıraraq turnir cədvəlinin5-ci pilləsində qərarlaşıb. Hesabında 24 xal olan “NTD-İndiqo” isə “Neftçi” ilə birgə 3-4-cü yerləri bölüşür. Son məğlubiyyətlə bağlı fikirlərini öyrənmək üçün “NTD-İndiqo”nun baş məşqçisi Tahir Baxşıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Baxmayaraq ki "Xırdalan" liqada ortalarda gedir, lakin çempionluğa iddialı komandadı, güclü heyəti var. "Sabah" və "Neftçi" kimi güclü komandalara qalib gəlib. Qış fasiləsindən sonra bir çox komanda güclü legionerlər gətirib. Ona görə oyunlar bizim üçün bir qədər çətinləşib. Ancaq biz bunun üstündə işləyəcəyik. Səhvlərimizə baxıb düzgün qərar verəcəyik. Çempionat hələ qabaqdadı. Biz hələ də çempionluğa iddialıyıq. Hər komandada zəif oyunlar olur. Bizim də işimiz bunun üzərində işləmək, zəif məqamları ortadan çıxarmaqdı”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla