AZ

PAŞİNYAN MÜNHEN TƏHLÜKƏSİZLİK KONFRANSINDA İŞTİRAK EDƏCƏK

Konfransda Prezident İlham Əliyevin çıxışı gözlənilirErmənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib.Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.“Baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə fevralın 16-18-də Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi Münhenə işgüzar səfərə yola düşüb. Konfrans çərçivəsində baş nazir xarici tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirəcək”, - məlumatda deyilir.Qeyd edək ki, məlumata görə, konfransın proqramına əsasən, Münhendə Azərbaycan prezidenti İlham Əliyevin də çıxışı gözlənilir.​​​​​​​ E.ŞİRİNOV 

Seçilən
640
39
tezadlar.az

10Mənbələr