AZ

Prezident: Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının dəstəyini yüksək qiymətləndiririk

"Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının ilk gündən göstərdiyi dəstəyini yüksək qiymətləndiririk".

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubunda deyilir.

"Əminəm ki, qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dərinləşdirilməsi, həm ikitərəfli əsasda, həm beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətimizin bundan sonra da uğurla davam etdirilməsi istiqamətində birgə səylər göstərəcəyik", - məktubda vurğulanıb.

Seçilən
87
50
ikisahil.az

10Mənbələr