Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədli hadisə ilə bağlı açıqlama verib.
AZSABAH.COM Sfera.az-a istinadən xəbər verir ki, A. Əsədli bildirib ki, o həyat yoldaşı həkim-onkoloq İbrahim Əsədlini iş yerində sevgilisi ilə birlikdə tutub:
"Mən ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onu o qadınla intim vəziyyətdə gördüm. Qadın 1978 təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, evə yaxın ev tutub. Yazışmalarını tutmuşdum.
İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu. Xəbər saytlarına mən verməmişəm. Ailəmdə həll edə biləcəyim bir məsələni ölkə müzakirəyə qoyub".(Metbuat.az)