Milli komanda ikinci matçda məğlub oldu
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə ikinci yoldaşlıq görüşünü keçirib.
Futbolpress.az xəbər verir ki, yığma bu matçda 2:3 hesabı ilə məğlub olub.
Bu komandalar arasında baş tutan ilk qarşılaşma heç-heçə bitmişdi.
Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.
Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidi.