“Formula-1” üzrə dünya çempionatında yeni mövsümə start verilib.
“Report”un məlumatına görə, ilk Qran-pri Bəhreyndə keçirilib.
Son dünya çempionu Maks Ferstappen sıralama turunun qalibi olub. “Red Bull”un pilotu martın 2-də baş tutacaq Qran-priyə birinci yerdə başlayacaq. “Ferrari” pilotu Şarl Lekker ən yaxşı ikinci, “Mercedes”in sürücüsü Corc Rassell isə üçüncü nəticəni göstərib.
Qeyd edək ki, Bəhreyn Qran-prisinə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.