AZ

Bülbülədə silah-sursat tapıldı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Həsənov Niyaməddin Volodya oğluna məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası, 1 ədəd “UZRQM” partladıcı, 1 ədəd “MPT” markalı avtomatik tüfəng, 5,45 mm çaplı 8 ədəd avtomat patronu və 36 kalibrli 1 ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

 Penitensiar xidmətin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
11
yenisabah.az

10Mənbələr