İnquşiyanın Karabulak şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları silahlılara qarşı döyüşür.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Karabulakda qarşıdurma gedir, yaşayış binasında bloklanan yaraqlılar təslim olmaq təklifinə cavab verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar”, - mənbə bildirib.
Əvvəllər terror aktlarının və terror cinayətlərinin qarşısının alınması məqsədilə Karabulakda antiterror əməliyyatı rejimi tətbiq edilib.