AZ

Rusiyanın ən nadir silahı: Cəbhədən niyə çıxarıldı?

Rusiya Ukraynada A-50 uzaqmənzilli radar aşkarlama və kəşfiyyat təyyarəsini necə əvəz etməyin yollarını axtarır.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Rusiya ordusu bir həftə ərzində ikinci A-50-ni itirdikdən sonra bu təyyarədən istifadəni dayandırıb.

İngilislərin fikrincə, ruslar bu təyyarələrin mühafizəsi və Ukraynanın hava hücumundan müdafiə sistemlərindən gələn təhlükənin necə qarşısının alınması ilə bağlı daxili araşdırmalar aparırlar.

“Rusiya hava əməliyyatlarına gündəlik komandanlıq və nəzarəti təmin edən bu vasitənin itirilməsi təyyarə ekipajlarının situasiya haqda məlumatlılığını önəmli dərəcədə pisləşdirəcək. Bu, Rusiyanın Ukraynanın şərq və cənubunun hava məkanı ilə bağlı doldura bilməyəcəyi imkanlar boşluğu deməkdir”, - Britaniya kəşfiyyatı bildirir.

Məlumatda qeyd edilir ki, Rusiya quru qoşunlarının ehtiyac duyduğu effektli hava dəstəyini təmin etmək üçün təyyarələrin təyinatını dəyişdirərək və daha böyük risklər alaraq bu boşluğu aradan qaldırmaq üçün variantlar axtarmalı olacaq:

Bu, uzun müddətdir davam edən problemdir və əməliyyatları dəstəkləyən A-50-lərin geri çəkilməsindən sonra demək olar ki, daha da pisləşib”.

İlk A-50 yanvarda Azov dənizi üzərində məhv edilib. Fevralın 23-də həmin su hövzəsində biri də vurulub.

Ukrayna məhdud sayda olan A-50-lərin yarısının sıradan çıxdığını iddia edir. Yeddi belə təyyarənin mühərrikinin olmadıə bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
136
6
Mənbələr
Şərh ()
Bağla