AZ

Levandovski komanda yoldaşlarından ideal futbolçu yaratdı

''Barselona'' və Polşa yığmasının qol silahı Robert Levandovski ''ideal futbolçunu yarat'' çellencində iştirak edib.

Təcrübəli forvard karyerası ərzində istər klub, istərsə də yığma səviyyəsində birlikdə oynadığı futbolçuların ən yaxşı keyfiyyətlərini seçərək belə desək, ideal futbolçu yaratmağa çalışıb. Leva Aryen Robbenin sol ayağını seçsə də, sağ ayaq seçimində çətinlik çəkib.

Bundan başqa o, yaratdığı virtual futbolçuya Coşua Kimmixin futbol mentalitetini, Arturo Vidalın möhkəmliyini, Xabi Alonsonu incəliyini, Tomas Müllerin futbol intellektini əlavə edib. 100 metrəni hamıdan tez qaçmağa qadir futbolçular kimi isə Pyer-Emerik Obameyanq və yığmadakı komanda yoldaşı Kamil Qrosiçkini seçib.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
football-plus.az

1Mənbələr