AZ

Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək

Su həyatdır, dirilikdir-deyib aqil babalarımız. Ona görə də uzun illər su qıtlığından əziyyət çəkənlər onun qiymətini daha yaxşı təyin edirlər. Xüsusilə də Aran rayonlarının sakinləri suyun ərzaq bolluğu, sağlamlıq, təmizlik və bərəkət olduğunu öz şəxsi təcrübələrindən, həyatlarından bilirlər. Çünki su olmayan yerdə ot da bitmir.

Sərsəng au anbarının yenidən istifadəyə hazırlanması xəbəri Aran zonasında yaşayanlar üçün ən şad xəbərdir. Çünki bu bölgənin əhalisi otuz ildən artıqdır ki, istər içməli, istərsə də suvarma suyu sarıdan böyük çətinliklər çəkib. Xüsusilə yandırıcı yay günlərində min bir zəhmətlə əkib-becərdikləri tərəvəz bitkiləri, körpə meyvə tingləri, çoxillik ağaclar susuzluqdan yanıb məhv olanda keçirdikləri təəssüf hissləri sözlə ifadə olunan deyil. Həmin illər ərzində çaylarımızın başında mifik zəli kimi keşik çəkən Ermənistan ordusunun hissələri anbarlarda yığıb saxladıqları suyu yalnız ermənilərin əkin sahələrinə, meyvə bağlarına yönəldirdilər. Sərsəng Su Anbarının və Tərtər çayının da ehtiyatları işğalda saxladıqları Kəlbəcər, Ağdam və Ağdərə rayonları arasında, yəni işğal altındakı yerlərdə bölüşdürülürdü. Yay aylarında Bərdə, Tərtər, Goranboy, Naftalan rayonlarının kənd təsərrüfatı sahələrinə isə bir damcı da su buraxılmırdı. Ona görə də illərlə su axmayan beton kanalların divarları çatlayıb yararsız vəziyyətə düşür, aşınıb dağılır, hidrotexniki qurğular sıradan çıxırdı. Erməni quldurları suyun o qədər də lazım olmadığı payız və qış fəsillərində onu açıb bizim kanallara buraxırdılar. Onda da Tərtər çayı ilə minalar axıdır, suyu zəhərləyir, çaya zərərli kimyəvi maddələr, məişət tullantıları, heyvan leşləri atır, bir sözlə, insan həyatı üçün təhlükəli nə vardısa çaya tökürdülər. Nəticədə yazda əkilən tərəvəz tez saralıb məhv olur, ağaclar kökündən quruyurdu. Ağacların quruması hələ indi də davam edir. Mənbəyini Kəlbəcər dağlarından götürən Tərtər çayı müxtəlf minerallarla zəngindir. Lakin dediyimiz kimi, vandal ermənilər bu çaya da düşmən münasibəti saxlamış, illər boyu onu murdarlamış, onu öz əkin sahələrinə yönəltməklə məcrasından çıxarmağa çalışmışlar. Lakin üç ildən artıqdır ki, Tərtər çayı da murdar düşmənlərimizdən təmizlənmişdir. İndi suyun təsərrüfatlarımıza can verməsi üçün təmir və bərpa işlərinə hazırlıq gedir. Aidiyyəti dövlət qurumları lazımi tədbirləri həyata keçirməyə başlayıblar. Zümrüd gözlü Tərtər çayımızın əvvəlki vəziyyəti bərpa olunacaqdır.

"Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 25-30 faizi Qarabağ ərazisindədir."

 Bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi-"Baku Water Week" çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib: "İşğal dövründə hidrotexniki qurğularımız vandallığa məruz qalıb. İndi onları bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki Köndələnçay su anbarlarının təmir-bərpa işləri tamamlanıb. Növbəti mərhələdə Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə 4 fərqli layihələrimiz var". Onun sözlərinə görə, Qarabağdakı bol sulu çayların sularından istifadə vasitəsi ilə yeni su anbarları da inşa ediləcək: "Beləliklə, Qarabağ çaylarının suyunun həm onun öz ərazisində, həm də Aran zonasında istifadəsinə nail olacağıq".

Vəli İlyasov,  "İki sahil"

phrase_var_article.chosen
1249
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close