AZ

Azərbaycan Kubokunda finalın stadionu bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final qarşılaşmasının keçiriləcəyi stadion müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, görüş Mərdəkanda yerləşən “Dalğa Arena”da baş tutacaq. İyunun 2-də təşkil olunacaq matçın başlama saatı, eyni zamanda digər detalları hələ bəlli deyil.

Xatırladaq ki, Azərbaycan Kubokunda 2023/2024 mövsümünün finalına vəsiqə uğrunda “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ” klubları mübarizə aparacaqlar. Yarımfinalda “Neftçi” “Qarabağ”la, “Zirə” “Qəbələ” ilə qarşılaşacaq.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla