AZ

İntihar halları niyə artıb? – Sosioloqdan ŞƏRH

İntihar halları niyə artıb? – Sosioloqdan ŞƏRH

"Çox təəssüflər olsun ki, intihar gününümüz aktual probleminə çevrilməkdədir. Azərbaycan üçün intihar hadisəsi heç vaxt xarakterik olmayıb. İnsanlar arasında hər zaman gediş gəliş olub . İnsanlar problemləri bir-biri ilə bölüşməyi bacarıblar. Ümümdünya səhiyyə təşkilatı tərəfindən intiharın 800 yaxın səbəbi qeyd olunub. İntiharın ən çox səbəbi insanlar arasında sosial əlaqələrin qırılmasıdır".

Bu sözləri Sonxeber.az açıqlamasında sosioloq sosioloq Üzeyir Şəfiyev deyib

Sosioloq bildirib ki, bəzi insanlar öz ölümləri hesabına belə, gündəm yaratmağı sevir.

Araşdrımalara əsasən bir intihar hadisəsi 200 insanı intihar haqqında düşünməyə vadar edir. Ona görə də intihar hadisələrinin işıqlandırmasına düzgün deyil. Çünki bəzi insanlar öz ölümləri hesabına belə gündəm yaratmağı sevir. Bəzi insanlar intihar etməktə səbəbləri məhs özlərinin gündəm olmasını istəməsidir. Yeniyetmələr bəzən yaşla əlaqəli olaraq müəyyən gərginliklər yaşayırlar. O gərginlikdən çıxmaq üçün isə problemi bölüşmək lazımdır. Amma anlar bu problemləri heç kimlə bölüşmür, ya da bölüşə biləcəyi sosial əhatəsi olmur. Ona görə də intihara əl atırlar. Ona görə də valideyn öz övladları ilə səmimi olmalıdır. Valideyn övladının problemləri dinləməyi bacarmalıdır. Bu zaman yeniyetmə problemin çıxış yolunu tapa bilər".

Üzeyir Şəfiyev psixoloji xidmət üçün qaynar xətt yaradılmasını təklif edib:

"İntihar şox mürəkkəb və çox səbəbli bir hadisədir. Yaxşı olar bu məsələlərlə bağlı qaynar xətlər yaradılsın. Gənclər çətin vəziyyətdə həmin nömrələrlə əlaqə saxlayıb, psixoloji yardım istəyə bilsinlər. Amma bu güvənli bir mühit olmalıdır. Bu qaynar xətləri hər kəs bilməlidir.

Sosial şəbəkələrdə bəzi hadisələr və müxtəlif oyunlar uşaqları intihara sürükləyir. Məsələn "Mavi Balina" oyunu- bu tip oyunlarrında ölkəyə daxil olması qadağan edilməlidir. Mətbuat daha çox pozitiv xəbərlər ötürməlidir. Gənclərin həyatına rəng qatmaq, sabaha inam yaratmaq üçün şərait yaradılmalıdır. Sosial şəbəkələr gəncləri virtual aləmə daxil edib. Gənclər real ünsiyyəti itiriblər. Onlar özləri üçün qapalı dünya yaradınlar. Ona görə də gənclərlər müvafiq qurumlar məşğul olunmalıdır. Bizim ölkəmiz üçün intihar xarakterik deyil. Eyni zamanda İslam dinində də intihar etmək günahdır.

Gəncləri neqativ fikirlərdən yayındırmaq lazımdır. İntihar iradəsizlikdən irəli gəlir. İradəsiz insan çətin anlardan çıxa bilmir. İntihar çıxış yolu deyil.
Necə deyirlər: "Həyat səni güldürəndə gülürsən, hünərin var ağladanda gül görüm". Çətin anlarda belə dik durmaq lazımdır. Hər zaman yenidən başlamaq olur. Bununla bağlı gənclər arasında psixoloji işlər aparılmalıdır. Gənclər ilə biz birlikdə olmalıyıq. Çünki onlar bizim sabahımızdır".

Gülcahan Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
sonxeber.az

1Mənbələr