AZ

Həbsdən buraxılacaq 1 nömrəli “qanuni oğru” ilə bağlı ŞOK İDDİA

Rusiyada məhkəmə Ukraynaya qarşı müharibəyə məhbusların cəlb edilməsində əli ola biləcək tanınmış kriminal avtoritet həbsxanadan vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar çıxarıb.

Azsabah.com bildirir ki, “The Moscow Times” qəzetinin yazdığına görə, əvvəllər hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Rusiya cinayət aləminin “kralı” Zaxar Kalaşov (Şakro Molodoy) artıq  həbsdən azad edilib. Müvafiq qərarı Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi qəbul edib.

"2018-ci ildə Kalaşov 9 il 10 ay müddətinə ciddi rejimli həbsxanada çəza çəkmək üçün məhkum edilib. İş materiallarına görə, o, Rusiya cinayət dünyasının lideri adlandırılıb. O, “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) ölümündən sonra rəhbər mövqeni tutub”, - məlumatda bildirilir.

Gulagu.net layihəsinin məlumatına görə, Kalaşov Ukrayna ilə müharibəyə məhbusların cəlb edilməsində xüsusi xidmət orqanlarına yardım göstərib. Xüsusilə, “Vaqner” özəl hərbi şirkətinin bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedyev hüquq müdafiəçilərinə bildirib ki, 
o, kəşfiyyatçıların Krasnodar diyarının Federal Penitensiar Xidmətinin 2 saylı islah-əmək müəssisəsinə gəldiyini və Kalaşova digər cinayətkar liderlərlə danışıqların təşkili üçün "lüks şərait" təşkil edildiyini görüb.

ASTRA-nın məlumatına görə, Kalaşov 2018-ci ildən xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə ittihamı ilə cəza çəkirdi - 14 nəfər zərərçəkmiş kimi tanınıb.

"2015-ci ilin dekabrında Moskvada "Elements" restoranının yaxınlığında atışma olub. Məhkəmənin müəyyən etdiyi kimi, cinayətkar qrup Şakronun göstərişi ilə restoran sahibi Janna Kimdən səkkiz milyon rubl pul tələb edib. İstintaq nəticəsində bir neçə cinayət işi açılıb. O cümlədən rüşvət almaqda təqsirləndirilən İstintaq Komitəsinin əməkdaşlarına qarşı da cinayət işi açılıb”, - məlumatda vurğulanır.

Qeyd olunur ki, iş üzrə təqsirləndirilən şəxslərdən biri, İstintaq Komitəsinin daxili təhlükəsizlik şöbəsinin keçmiş rəisi Mixail Maksimenko 2023-cü ildə 13 il cəza çəkdiyi həbsxanada dünyasını dəyişib.

“2016-cı ildə həbs olunmazdan əvvəl Kalaşov Rusiyada üç dəfə, 2008-ci ildə isə İspaniyada çirkli pulların yuyulmasında təqsirli bilinib. Bundan əlavə, Gürcüstan Şakro Molodoyun ekstradisiyasını tələb edib, orada qətlə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib. ”, - resurs məlumat yayıb.

İndi məhkəmə qapalı iclasda 70 yaşlı Şakro Molodoyun tibbi səbəblərə görə şərti azadlığa buraxılmasına qərar verib. “Qanuni oğru”nun 2027-ci ilə qədər həbsdə olması lazım idi.

Zaxari Kalaşov: onun haqqında nə məlumdur?

Açıq mənbələrə görə, Zaxari Knyazeviç Kalaşov 1953-cü il martın 20-də Tbilisidə anadan olub. Rus kriminal avtoritet, “qanuni oğru”dur. Yezidi kürd ailəsindəndir. O, postsovet məkanında kriminal dairələrdə “Şakro Molodoy” ləqəbi ilə geniş tanınır. O, üç dəfə məhkum olunub. Qeyd olunur ki, Kalaşovun fəaliyyəti Rusiyanın mütəşəkkil cinayətkarlığı ilə bağlıdır. Onun həyatına ən azı on dəfə sui-qəsd cəhdi edilib.

Seçilən
131
46
azsabah.com

10Mənbələr