Azsabah.com xəbər verir ki, bu barədə sabir təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov bildirib. Diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis Bəhram Əli oğlu Əliyev 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirib. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirib. 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi işləyib. 1975-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib, 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi aspirantura təhsili alıb. 27.10.1982-ci il tarixində Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik, 17.05.2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Əmək fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə bağlıdır. 1990-cı ildən 2016-cı ilə qədər ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 2016-cı ildən indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışırdı. Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professorudur. Eyni zamanda 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışırdı. Professor Bəhram Əliyev 70-dən artıq elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir.
Allah rəhmət eləsin.