AZ

SON DƏQİQƏ! Bu ərazilər üçün GÜCLÜ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: 6,8 bal...

Türkiyədə Episentri Kahramanmaraş olan, ötən il baş verən zəlzələlərdə Hatay, Osmaniye, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığda 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər yaralanıb, on minlərlə bina dağılıb.


Azsabah.com  musavat.com-a istinadən xəbər verir ki, “Seismological Research Letters” jurnalının mart sayında 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş vermiş 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələ ilə bağlı məqalə dərc edilib.


Məqalə amerikalı geoloq Ross Stein və Türkiyədə də tədqiqat aparmış yapon professor Şinji Todanın araşdırmalarına əsaslanır. Fevralın 6-dan bölgədəki seysmik aktivliyi izləyən mütəxəssislər 1 dekabr 2023-cü il tarixinə qədər bir il ərzində 5 və daha yuxarı bal gücündə 1-3 zəlzələnin yaşanma ehtimalının ən yüksək olduğu yerləri müəyyən edibmişlər.


Araşdırmanı şərh edən türkiyəli geoloq Okan Tüysüz bildirib ki, zəlzələ bölgəsində zəlzələlər davam edir və edəcək:


"Bununla belə, bu araşdırma 5 və ya daha yüksək bal gücündə artçı zəlzələlərin hansı bölgələrdə daha çox yaşanacağını ortaya çıxarır. Malatya, Adıyaman, Türkoğlu (Kahramanmaraş), Kırıkhan (Hatay) və Antakyada bu ehtimalın daha yüksək olduğunu görürük. Bu bölgədəki əsas zəlzələ 7,8 bal gücündə olduğundan, 6,8 bal gücündə afterşokların yaranması ehtimalı var. Tədqiqatda gözlənilən zəlzələlərin sayı 1 ilə 3 arasında hesablanmışdır ki, bu da dünya ortalaması ilə müqayisədə gözləniləndən aşağıdır. Zəlzələlərin daha bir il davam edəcəyinə əmin ola bilərik, lakin onların ümumilikdə nə qədər davam edəcəyini deyə bilmərik. Məsələn, 2022-ci ildə Düzcedə baş verən 6 bal gücündə zəlzələ əslində 99-cu il zəlzələsinin artçı zəlzələsi idi. Akterşokların uzun illər davam etdiyi hallar da ola bilər”.

Seçilən
60
23
azsabah.com

10Mənbələr