AZ

Bakı sakini 100 min manatlıq dələduzluğa görə tutuldu

Bakı. Trend:

Qaxda dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətininŞəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarıvətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdəşübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovusaxlayıb.

Vurğulanıb ki, əvvəllər də analoji cinayət əməlinə görədəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarındansui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işədüzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 minmanata yaxın vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkantədbiri seçilib, araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədəDİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanınamüraciət edə bilərlər.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla