AZ

Gəncədə evə basqın edən şəxslər hökmdən narazıdırlar

Gəncədə quldurluq etməkdə təqsirləndirilən Rövşən Mirzəyev və Abbas Sadıxovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 19-na təyin edilib.

 

Onlar cəzalarının yüngülləşdirilməsini istəyirlər.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Sadıxov 8 il 6 ay və Rövşən Mirzəyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Rəsmi məlumata əsasən, 2023-cü ilin mart ayında Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, ŞBPİ-nə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.

 

İlkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub. "İsti izlər"lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən Rövşən Mirzəyev Gəncə şəhərində, Abbas Sadıxov isə Bakı şəhərində saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 18 Mart 2024, 10:35   
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla