AZ

"Dövlətlərin birliyi təhlükəsizliyin, əminamanlığın təmin edilməsi üçün vacibdir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin baş nazir seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi dövlətlər arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən xəbər verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, hər iki dövləti tarixi əlaqələr, dostluq və qardaşlıq münasibətləri ilə bərabər, strateji əhəmiyyətə malik olan enerji, nəqliyyat layihələrinin həyata keçirilməsi birləşdirir.

“Coğrafi imkanlarına görə Gürcüstan mühüm nəqliyyat şəbəkəsinə malikdir və həm Qərb ölkələri, həm də regional dövlətlər üçün münasib tərəfdaşdır. Ölkəmizlə birlikdə Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Subsa, Bakı-Tbilisi-Qars layihələrinin uğurla həyata keçirilməsi hər iki dövlətin milli maraqlarına uyğundur və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhvələr verir. Dövlətlərin birliyi əlbəttə ki, regionda təhlükəsizliyin, sülhün, əminamanlığın təmin edilməsi, insanların rahat həyatı üçün çox vacibdir. Çünki Azərbaycan və Gürcüstan təcavüzdən, separatizmdən əziyyət çəkən dövlətlərdəndirlər və bu dövlətlər uzun illər bunun ağrılarını yaşamışlar.

Azərbaycan öz torpaqlarını erməni təcavüzkarlarından azad etsə də Gürcüstanın mühüm əraziləri hələ də separatçıların əlindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu baxımdan da görüş zamanı əsas diqqəti ölkələrin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsinə, Cənubi Qafqazda sülhün yaradılmasının və iqtisadi inkişafın təmin edilməsinin vacibliyinə yönəldərək, bildirmişdir ki, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək, irəliyə gedəcək və qarşıda duran bütün vəzifələr birlikdə həll ediləcək. Çünki dövlətlərin buna imkanı vardır. Beləki, Gürcüstan və Azərbaycan arasında mühüm nəqliyyat, neft, qaz layihələri uğurla həyata keçirilməklə bərabər, enerji layihələrinin hazırlanması üçün də tədbirlər görülməkdədir. Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyulması, ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi münasibətlərin möhkəmləndirilməsi bunu söyləməyə əsas verir. Hər iki ölkə gələcək üçün mühüm layihələrin hazırlanması və həyata vəsiqə alması üçün böyük potensiala malikdir. Bu, sözsüz ki, qardaş xalqlarımızın birliyini, daha yaxşı həyatını və uğurlarını təmin edəcəkdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev
phrase_var_article.chosen
29
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close