AZ

Rusiyanı qəzəbləndirəcək addım: NATO-nun ən böyük bazası bu ölkədə tikilir

Avropanın ən böyük NATO bazası Rumıniya ərazisində tikiləcək.

Publika.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Bu hərbi bazanın 10 min hərbçi üçün nəzərdə tutulacağı vurğulanır. Ekspertlərin fikrincə, obyektin tikintisi Ukraynada daha bir neçə il davam edə biləcək münaqişə ilə bağlıdır.

Obyekt Konstansa rayonunda təxminən üç min hektar sahədə tikilir. Nəşr yazır ki, tikinti “Mihail Kogalniceanu” Alyansının artıq mövcud bazası əsasında aparılır.

Layihənin dəyəri 2,5 milyard avrodur. Silah platformaları, uçuş-enmə zolaqları, hərbi təyyarələr üçün anqarlar, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxana tikmək planlaşdırılır.

phrase_var_article.chosen
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close