AZ

ABŞ səfiri ilk dəfə Azərbaycanın bu bölgəsinə səfər etdi

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mark Libbi bölgələrə səfərə çıxıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfirin ilk qeyri-rəsmi səfəri qədim Qəbələ şəhərinə olub.  

Mark Libbi bu şəhərin tarix-mədəniyyət eləcə də turizm infrasturukturu ilə tanış olub. Daha sonra rayonun Qəmərvan kəndində fəaliyyət göstərən bloger-aşbaz Təvəkkül Aslanovun qonağı olub. 

Qəbələli aşbaz milli xörəklərimiz haqda şəfirə ətraflı məlumat verib. Daha sonra özünün əl işləri və xüsusi reseplər vasitəsi ilə hazırladığı yeməklərə qonaq edib. Səfir yeməklərin hazırlanma prosesini maraq və diqqətlə izləyib, təamların dadına baxıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla