AZ

AQTA əməkdaşları Türkiyənin qida təhlükəsizliyi sistemi və bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə tanış olublar

AQTA-nın nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət üzrə Baş Direktorluğunun əməkdaşları ilə görüşüb.
 
Aztibb.az-a AQTA-dan verilən məlumata görə, görüşdə qida obyektlərinin təsdiqi sistemlərinin ekvivalentliyinin tanınması prosesi ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, AQTA əməkdaşları Türkiyə Respublikasının qida təhlükəsizliyi sistemi və bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı Türkiyə təcrübəsi ilə yerində tanış olub.
Səfər zamanı əməkdaşlar quş kəsimi məntəqələrinin birinə və Milli Qida Referans Laboratoriyasına baş çəkib. Həmçinin qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla