AZ

Fransa millisində ciddi itki

Fransa millisi Almaniya və Çiliyə qarşı keçirəcəyi yoldaşlıq oyunlarından əvvəl itki ilə üzləşib.

Msport.az xəbər verir ki, İspaniyanın “Atletiko” klubundan yığmaya cəlb edilən Antuan Qrizmann ayağından aldığı zədə səbəbindən düşərgədən ayrılıb.

Beləliklə, Qrizmannın millidə ardıcıl 84 matçlıq unikal seriyası qırılır. Forvard 2017-ci ilin iyunundan bəri “xoruzlar”ın heyətində heç bir görüşü buraxmayıb.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla