AZ

Aleksey Navalninin ölümü böyük əks-sədaya səbəb olmuşdu! SANKSİYALAR BAŞLAYIR

Aleksey Navalninin ölümü böyük əks-sədaya səbəb olmuşdu! SANKSİYALAR BAŞLAYIR

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrel bəyan edib ki, Aİ-yə üzv nazirlər Rusiyada saxlanılan Aleksey Navalnının ölümünə görə "məsul olanlara" sanksiya tətbiq etmək qərarına gəliblər.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, nazirlərin Navalnının "qətlində məsul olan 30-a yaxın şəxs və təşkilat"a sanksiya tətbiq etmək barədə razılığa gəldiklərini bildirən Borrell, sözügedən şəxslərin və qurumların adlarını açıqlamayıb.

Borrell iclasda Rusiyanın dondurulmuş aktivlərinin də gündəmdə olduğunu qeyd edib. Üzv ölkələrin bu aktivlərin Ukraynaya hərbi dəstəyi artırmaq üçün istifadə edilməsinə "güclü dəstək" olduğunu qeyd edib.

Borell bildirib ki, iclasda digər bir məsələ Belarusiyadır. Borrell, "Belarus müxalifətini dəstəkləməyə davam etmək üçün üzv ölkələrin tövsiyələri istiqamətində əlavə tədbirlər görəcəyik" deyib.

phrase_var_article.chosen
22
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close