AZ

Ermənistandan Rusiyaya növbəti DEMARŞ

“Avropa İttifaqının Ermənistan Respublikasındakı missiyasının statusu haqqında sazişin ratifikasiyasına ehtiyac yaranıb”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan yerli parlamentinin iclasında, Ermənistan və Aİ arasında imzalanmış “Avropa İttifaqının Respublikadakı missiyasının statusu haqqında” sazişin ratifikasiyası məsələsinin müzakirəsi zamanı deyib.

Onun iddiasına görə, Aİ-nin mülki missiyasının Ermənistanda yerləşdirilməsi regionda davamlı sülhün bərqərar olması və sabitliyin təmin edilməsi məqsədi daşıyır.

“Ermənistan tərəfi Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bütün digər təşəbbüslərə böyük əhəmiyyət verir”, - deyə erməni rəsmisi qeyd edib.

Musavat.com

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla