AZ

Moldova Dnestryanıda seçkilərə görə Rusiya səfirliyinin əməkdaşını ölkədən qovdu

Image

Moldova Xarici İşlər Nazirliyi Dnestryanı bölgədə Rusiyanın prezident seçkilərinin keçirilməsi ilə əlaqədar Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib.

Bu barədə Moldovanın xarici işlər naziri Mixail Popsoi açıqlama verib.

“Moldova tərəfi Rusiyanın Dnestryanı bölgədə keçirdiyi prezident seçkilərinə etiraz edib. Diplomat persona non qrata elan edilib”– Popsoi yazır.

Nazirlikdən qeyd edirlər ki, Rusiya səfiri artıq səfirliyin əməkdaşının Moldova Respublikası ərazisində arzuolunmaz şəxs elan edilməsi barədə nota alıb, müvafiq olaraq ölkəni tərk etməlidir.

ZÜMRÜD





phrase_var_article.chosen
155
46
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close