AZ

LAMOST ulduzunun Volf-Raye fenomeni göstərdiyi məlum olub

Təxminən 150 il əvvəl kəşf olunmuş Volf-Raye tipli ulduzlar kainatın ekzotik obyektlərindən sayılırlar. Bu obyektlər sürətlə təkamül edərək öz hidrogen təbəqəsini itirmiş parlaq, çox isti və massiv ulduzlardır. Müşahidələr artdıqca yeni-yeni ulduzlar kəşf olunur, həmin ulduzların bəziləri ilk baxışda Volf-Raye spektrinə malik olmalarına baxmayaraq klassik Volf-rayelərdən tamamilə fərqlənirlər.



Hazırda bizim Qalaktikada klassik Volf-Raye ulduzlarının sayı cəmi 669 ədəddir. Ehtimal olunur ki, onların sayı məlum olan saydan 2 dəfə çoxdur.
Massiv olduqları üçün ömürləri çox qısa – bir neçə milyon il olan bu ulduzlar aktiv ulduzəmələgəlmə prosesi gedən spiral qollarda yerləşirlər. Bu isə o deməkdir ki, həmin bölgədəki qaz-tozun sıxlığı onları optik oblastda görünməz edir. Bu zaman isə astronomların köməyinə infraqırmızı oblastdakı müşahidələr gəlir. Lakin bəzən aşkar olunan ulduzların spektri Volf-rayelərə bənzəsə də, onların tamamilə fərqli obyektlər olduğu müəyyən edilir. Bu hadisə Volf-Raye fenomeni adlanır. Tədqiqat qrupunun araşdırmasından sonra məlum olub ki, bu tip obyektlərdən biri də J040901.83+329355.6 ulduzudur.
NUHÇIXAN xəbər verir ki, bu barədə  Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Yerdən 2500 parsek məsafədə, Persey bürcü istiqamətində yerləşən J040901.83+329355.6 ulduzu ilk dəfə 2015-ci ildə Lamost məlumat bazasına əlavə olunub. Obyekt müxtəlif müəlliflər, maşın dili alqoritmləri vasitəsilə azot ardıcıllığına məxsus klassik Volf-Raye (WN), sonra isə kataklizmik yeni ulduz və RR lira tip dəyişən ulduz kimi təsnifləşdirilib. Bu cür müxtəlif təsnifləşdirmə obyektin daha mürəkkəb olduğunu göstərirdi və yenidən araşdırılması üçün ehtiyac var idi.
2022-ci ildə POEM (Horizon 2020) qrant layihəsi çərçivəsində Çexiya Akademiyasının Astronomiya İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və digər qrup üzvləri ilə birgə obyektin tədqiqinə başlanılıb.
Müəlliflər yekun olaraq belə nəticəyə gəliblər ki, J040901.83+329355.6 kütləsi təxminən 0,9 Günəş kütləsi olan ulduzdur. O, qırmızı nəhəng mərhələsi ilə planetar dumanlıqla əhatə olunmuş ağ cırtdan mərhələsi arasında tranzit mövqedə yerləşir.
Tədqiqat işi İngiltərənin “Monthly Notices of the Royal Astronomical Society” (Kral Astronomiya Cəmiyyətinin aylıq Astronomiya jurnalında) jurnalında dərc olunub.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

phrase_var_article.chosen
28
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close