AZ

“Rusiya Putinin imperiya xəyalları üçün heyrətamiz bədəl ödəyib” – AÇIQLAMA

Ukrayna ilə işğalçı müharibəyə 200 milyard dollardan çox pul xərcləyən Rusiyanın itkiləri böyük rəqəmlələ ifadə olunur. Müharibədə ölən və yaralananların birgə sayı 315 minə yaxındır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu statistikanı ABŞ-nin müdafiə naziri Lloyd Ostin Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiə məsələləri üzrə kontakt qrupunun (“Ramştayn-20”) iclasında səsləndirib.

Pentaqon rəhbərinin sözlərinə görə, iki ildən artıqdır Ukrayna silahlı qüvvələri Putinin aqressivliyinə qarşı məharətlə mübarizə aparırlar. “Rusiya Putinin imperiya xəyalları üçün heyrətamiz bədəl ödəyib”.

Xatirə SADİQ,

KONKRET.az

phrase_var_article.chosen
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close