AZ

Türkiyə ordusuna qarşı diversiya cəhdi: Şəhid və yaralılar var

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçuların diversiya-kəşfiyyat cəhdlərinin qarşını alarkən Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. Həmçinin, 4 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

“Atışma nəticəsində 6 terrorçu öldürülüb. Hazırda döyüşlər davam edir”, deyə məlumatda bildirilib.

Seçilən
26
12
Mənbələr
Şərh ()
Bağla