AZ

Xankəndidən verilən qətiyyətli sülh mesajı

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor

Bir il əvvəl Xankəndidə Novruz bayramının nə vaxt reallaşa biləcəyi çox çətin və qeyri-müəyyən görünürdü. Amma Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının unikallığı ondadır ki, biz sonda daha bir möcüzəyə şahidlik etdik.  Ölkəmizin yeni tarixi qələbələr əldə etdiyi, aparıcı dünya dövlətlərinin təzyiqlərinə qalib gəldiyi vəziyyəti başqa cür təsvir etmək mümkün deyil. Bəli,  Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, son dörd ildə - 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, ötən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalları alovlandırılır.  30 ilə yaxın idi deyirdik ki “Gün o gün olsun ki, Novruz tonqallarını Qarabağda yandıraq, El bayramını doğma el-obamızda keçirək”. Deyirdik, ancaq illər ötdükcə inamımız  azalmağa başlayırdı.  Lakin 2020-ci ildə 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun cəsur, peşəkar əsgər və zabitlərimiz bizi arzularımıza çatdırdı. Xankəndidə xalqı təbrik edərkən Prezident İlham Əliyev bu müqəddəs məqsədlərə çatmaqda  ordumuzun qəhrəmanlığını, xalqımızın həmrəyliyini   xüsusi olaraq vurğuladı. Bu, ordusunun şücaətini, xalqının birliyini  yüksək qiymətləndirən böyük sərkərdənin, ölə başçısının davranış tərzidir. Ali Baş Komandan İlham Əliyev  şəhidlərimizin xatirəsini yad edib, onların fədakarlığına, peşəkarlığına və qəhrəmanlığına ehtiramını bildirdi.  Hamımız Xocalını, Xankəndini, Xocavəndi, Ağdərəni düşünürdük.  Altı ay əvvəl bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tamamilə bərpa etdik və bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Bütün bunlar Ermənistanın, dünya erməni birliyinin, Fransanın və digər dövlətlərin ədalətin zəfər çalmasına mane olmaq cəhdlərinə baxmayaraq baş verdi. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ölkəmiz haqqında hər cür qanunsuz, heç bir beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmayan bəyanatlar səsləndirərək, guya əsas məsələni – Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmək hüququna malik olduğunu başa düşmürlər. Onların torpağımızda separatizmi dəstəkləmək üçün göstərdikləri bütün cəhdlər son nəticədə nəticəsiz qaldı. Sonda Ruben Vardanyanın, Arayik Arutyunyanın və Qarabağ xuntasının digər rəhbərləri layiqli cəzalarını aldılar. 

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana və onun havadarlarına 44 günlük müharibənin nəticələrindən düzgün nəticə çıxarmadıqları barədə xəbərdarlıq etdi. “Əgər bu dərs olsaydı, o zaman antiterror əməliyyatı keçirməyə ehtiyac qalmazdı”, - deyə dövlətimizin başçısı vurğuladı.  Bu, digər məsələlərlə yanaşı, Ermənistan və onun himayədarları üçün növbəti yeni xəbərdarlıq idi. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının vacibliyindən, Cənubi Qafqazda sabitlik və rifah mühitinin yaradılmasının vacibliyindən dönə-dönə  çağırışlar edir.  Amma indiyədək Ermənistan tərəfdən bu istiqamətdə konkret addımlar görmürük. Əksinə, Azərbaycana qarşı uydurma ittihamlar, dövlətimizə qarşı bəzi manipulyasiyalar, təxribatlar eşidirik.  Lakin buna ölkə başçısının aydın cavabı var “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Artıq  torpaqlarımızın bərpası, üç on ilə yaxın Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Xankəndində qeyd etmək arzusu ilə yaşayanların ora qayıtması prosesi davam edir. Bütün bunlar yalnız şəhidlərimizin qəhrəmanlığı və Azərbaycan Prezidenti İlham Əliyevin parlaq qələbə strategiyası sayəsində mümkün olmuşdur.

phrase_var_article.chosen
26
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close