AZ

Ser Aleks Ferqyuson "Ayntraxt"ın ömürlük fəxri üzvü oldu

Şotlandiyalı tanınmış baş məşqçi Ser Aleks Ferqyuson Almaniyanın "Ayntraxt" klubunun ömürlük fəxri üzvü olub.

“İki sahil” xəbər verir ki, bu barədə Frankfurt klubunun sosial şəbəkə hesablarında məlumat yayılıb.

Bundesliqa təmsilçisi bu münasibətlə Ferqyusona 10 nömrəli forma hədiyyə edib.

82 yaşlı mütəxəssis Almaniya klubu ilə həmişə sıx təmasda olduğunu, "Ayntraxt"ın üzvü olmaqdan məmnunluq hissi keçirdiyini deyib. O, UEFA Kubokunun 1979/80 mövsümündə Şotlandiya "Aberdin"ini çalışdırarkən "Ayntraxt"la qarşılaşıb. Həmin matçda Ferqyusonun komandası məğlub olub.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb.

phrase_var_article.chosen
25
5
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close