AZ

Sükan arxasında huşunu itirdi, digər sürücü onu belə xilas etdi - VİDEO

Bakıda aeroport şosesində hərəkətdə olan nəqliyyat vasitələrindən birinin sürücüsü huşunu itirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan kadrlardan görünür ki, sürücülərdən biri ötmə əməliyyatı edərkən digər avtomobil sürücüsünün sükan arxasında huşunu itirdiyini görüb.

Sürücü dərhal onun avtomobilinin qarşısına keçib və avtomobili təhlükəsiz dayandıra bilib.

Daha sonra sürücüyə ilkin yardım göstərildiyi bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

phrase_var_article.chosen
16
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close