AZ

Norveç Azərbaycanda COP29-un uğurla keçirilməsinə dəstək verməyə hazırdır

Norveç

Stokholm, 19 mart, Nərgiz Cəfərili, AZƏRTAC

Martın 18-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədovun Yüksək Arktik Rəsmilər Şurasının (SAO) sədri və Norveçin Arktik səfiri Morten Hoqlund ilə onlayn formatda görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüş zamanı qarşı tərəf Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) hazırlanması və uğurla keçirilməsinə Norveçin dəstək verməyə hazır olduğunu bildirib.

İki ölkə arasında bu mötəbər beynəlxalq tədbirlə bağlı mümkün qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

 

phrase_var_article.chosen
24
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close