AZ

Məşhur müğənni Valeri Leontyev karyerasını başa vurub

Rusiyanın xalq artisti Valeri Leontyev konsert fəaliyyətini başa vurub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, sənətçinin prodüserinin verdiyi məlumata görə, onun səhnədən getməsi yaşı ilə bağlıdır. Bu gün müğənninin 75 yaşı tamam olur.

“Səbəb bəllidir. Onun 75 yaşı tamam oldu. O, səhnəni çoxdan tərk edib, sadəcə olaraq, qeyri-rəsmiydi. O, uzun müddətdir ki, konsert vermir”, - agentliyin mənbəsi bildirib.

Vida turu və ya konsertlə bağlı suala prodüser belə cavab verib: “Xeyr, heç nə planlaşdırılmır”.

Rusiyanın xalq artisti Valeri Yakovleviç Leontyev 1949-cu il martın 19-da Komi Muxtar Sovet Sosialist Respublikasının (indiki Komi Respublikası) Ust-Usa kəndində anadan olub. O, əvvəlcə məktəb xorunda oxumağa başlayıb, dram dərnəyinə gedib, rəqs və rəsm çəkməyə maraq göstərib.

Leontyev müğənni kimi debütünü 1971-ci ildə Vorkutada keçirilən regional müsabiqədə "Karnaval" mahnısı ilə edib və burada ikinci yeri tutub. 1972-ci ildə Sıktıvkar filarmoniyasının "Biz istedadlar axtarırıq" müsabiqəsinin qalibi olub.

Yaradıcılıq illəri ərzində Valeri Leontyev 30-a yaxın orijinal disk buraxıb. O, “Vətənə xidmətə görə”, “Şərəf” (2009), “Dostluq” (2014) ordenləri ilə təltif edilib.

Musavat.com

phrase_var_article.chosen
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close