AZ

"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə terapevt Qarayeva Sürəyya Nəsirulla qızını oxuculara təqdim edirik.
 
O, 1960-cı ildə Bakı şəhərində anadan olub. 1977-1983-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1983-cü ildə F. Əfəndiyev adına 4 nömrəli Kliniki Şəhər Xəstəxanasında internatura keçib.
 
S.Qarayeva 17 mart 1986-cı ildə 1 nömrəli Tibbi-sanitar hissədə sex həkimi vəzifəsinə təyin olunub. 1989-cu ildən həmin müəssisənin gündüz stasionarına həkim-terapevt vəzifəsinə keçirilib. 1991-ci ildən 1 nömrəli TSH-nin baş həkiminin müavini vəzifəsində çalışıb. 2011-ci il tarixdən 1 nömrəli TSH-nin adı dəyişdirilərək 28 nömrəli Şəhər Poliklinikası adlandırılıb.
 
Həkim 2020-ci ildə “Tərəqqi medalı” ilə təltif olunub.
phrase_var_article.chosen
38
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close