AZ

Əqli Mülkiyyət Agentliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Bakı. Trend:

2024-cü il 19 mart tarixdə Əqli Mülkiyyət Agentliyinintabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK)Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri AkifTəvəkküloğlu Agentliyin rəhbərliyinin təbriklərini çatdırıb,xalqımız üçün əlamətdar olan bu günün qeyd olunması tarixindəndanışıb, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətəgəlməsindən sonra Novruz bayramının ölkəmizdə daha təmtəraqla qeydolunduğunu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevinrəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad olunduqdansonra isə bu bayramın Azərbaycanın bütün ərazisində keçirildiyinibildirib. O, Novruz bayramının mənəvi dəyərlərinə toxunaraqinsanların ürəyinə mərhəmət, birlik, paylaşmaq kimi insanikeyfiyyətlər aşılayan bu bayram məhz qəlblərin bayramı olduğunuvurğulayıb.

RETK-nın direktoru Mübariz Məmmədli çıxışında Novruzənənələrinin hələ qədimlərdən başlandığını, Orta və Mərkəzi Asiya,Yaxın və Uzaq Şərq ölkələrində də qeyd olunduğunu bildirib. O,qədimtarixi köklərə malik olan Novruz bayramının təbiətin oyanışıilə əlaqədar olduğunu, dünyanın bir çox ölkələrində keçirilən bubayramın adət-ənənələrinin uzun illərdir ki, qorunub saxlanıldığınıvə bundan sonra da saxlanılacağını söyləyib. Martın 18-də Prezidentİlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalınıalovlandırmasının hər bir kəsdə qürur hissi yaratması diqqətəçatdırılıb.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli,RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri AmaliyaQənbərova Novruz bayramının əhəmiyyətindən danışıblar.

Tədbir zamanı Novruz bayramı ilə əlaqədar video-çarx nümayişetdirilib.

Əqli
Əqli
Əqli
Əqli
phrase_var_article.chosen
27
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close