AZ

Goranboyda Novruz bayramı qeyd edilib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Goranboy Rayon Mərkəzi Xəstəxanasının Akt zalında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Goranboy RMX-nın direktoru Rauf Yahyayev bütün kollektivi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzu edib.

 

O, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edərək, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərini bildirib.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla