AZ

Xaçmazda şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial aksiya keçirilib

Referans Medical Group və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Xaçmaz rayonunda yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a Referans Klinik Laboratoriya Mərkəzindən verilib.

 

Aksiya Referans Xaçmaz Tibb Mərkəzində təşkil olunub. Aksiyada Referans Xaçmaz filialının 10-dan çox yüksəkixtisaslı həkim və tibb personalı şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarına tibbi xidmət göstərib.

 

Kardioloq, terapevt, ginekoloq, oftalmoloq, pediatr mütəxəssislər tərəfindən müayinələr aparılıb.
Ümümilikdə gün ərzində aksiya iştirakçılarına 100-dən çox tibbi xidmət göstərilib. Həmçinin, həkim təyinatlarına əsasən müharibə veteranları və şəhid ailələrinin üzvləri digər xidmətlərdən də ödənişsiz şəkildə keçiblər.

 

Həkim və diaqnostik müayinələrinin nəticələrindən asılı olaraq aksiya iştirakçılarına müvafiq müalicələr yazılıb.

 

Bu tipli analoji aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsini planlaşdırılır.

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla