AZ

İtkin düşən qadının parçalanmış meyiti tapıldı

Rusiyanın Smolensk şəhərində 2023-cü ilin oktyabrında yoxa çıxan Tatyana Brysenkova parçalanmış meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, oktyabrın 21-də işdən sonra qadın bir neçə saat kafedə həmkarı ilə oturub. Rəfiqəsinin dediyinə görə, o, Tatyananı girişə qədər müşayiət edib və evə gedib. Ertəsi gün Brysenkova işə gəlməyib və telefona cavab verməyib. Onun telefonu evdə olsa da, özü tapılmayıb. Daha sonra hüquq-mühafizə orqanlarına müraciət edilib.

Polisdən bildirilib ki, 1 aydan artıqdır axtarışlar davam etsə də, heç bir nəticə əldə olunmayıb.


Noyabrın sonunda “Qətl” maddəsi ilə cinayət işi açılıb, bu ilin yanvarında isə iki azyaşlı sərxoş şəxsin qətli müzakirə edərək qadını parçalara ayırdığı səs yazısı yayılıb. Məlumata görə, bədəninin hissələri kəsildiyi an o, sağ olub və ağrıdan qışqırıb.

Fevral ayında Smolenskdə Soldatskoye gölünün yaxınlığında yoldan keçənlər buz dəliyində qadına məxsus ayağın bir hissəsini aşkar ediblər. Sonrakı müayinə onun Tatyana məxsus olduğunu göstərib. Məlumata əsasən, cəsədin qalan hissəsi hələ tapılmayıb.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla