"Beşiktaş”ın idman direktoru Samet Aybaba "Qarabağ” rəhbərliyi ilə Olavio Juninyonun transferi üçün görüşüb.Metbuat.az idman.biz-ə istinadən xəbər verir ki, bu iddia ilə Türkiyənin "Fotosport” nəşri çıxış edib.Bildirilib ki, artıq Azərbaycan çempionunun braziliyalı forvard üçün istədiyi məbləğ dəqiqləşəb. İstanbul təmsilçisi transferi reallaşdırmaq üçün 8 milyon avro ödəməlidirlər.Türkiyə mətbuatı bu məbləğin "Beşiktaş” üçün çox olduğunu və danışıqların davam etdirildiyini də vurğulayıb.Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.