AZ

Luis Rubiales həbsi barədə: “Heç vaxt pislik etməmişəm”

İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales İspaniyaya qayıdan kimi həbs ediləcək.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Rubiales hazırda Dominikan Respublikasındadır və apreiln 6-da İspaniya geri dönməyi nəzərdə tutub.

Rubialesin fəbs fərmanı İspaniya Super Kubokunun ev sahibliyi hüququnun Səudiyyə Ərəbistana verilməsi ilə bağlı bu ölkə ilə müqavilə haqda işə görə İspaniya Kral Futbol Federasiyasının binasında axtarışlar aparıldıqdan sonra verilib. İstintaq İspaniya Milli Məşqçilik Məktəbinin prezidentinin Luis Rubialesə və “Barselona”nın keçmiş futbolçusu Jerar Pikeyə qarşı biznes korrupsiyası və ədalətsiz idarəçilik iddiaları ilə bağlı şikayətindən sonra başlayıb.

Məlum olub ki, İspaniya Super Kubokunu keçirməyə görə Jerar Pikenin nəzarətində olan şirkətə 24 milyon avro məbləğ ödəmək üçün Luis Rubialesin Səudiyyə Ərəbistanı hakimiyyətinə təzyiq göstərdiyini təsdiqləyən sənədlər var.

Vurğulanır ki, bu sövdələşmənin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması əlamətlərinin olduğu aşkarlanıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, İspaniya Kral Futbol Federasiyası hər il 40 milyon avro məbləğində qazanc əldə edir.

Həbs fərmanı haqda məlumatı eşitmiş Rubiales buna münasibətibi açıqlaıb:

“Mən heç vaxt pis bir şey etməmişəm və baş verənlərə təəccüblənirəm. Bu vəziyyətlə bağlı heç nə deyə bilmərəm. Soruşanda hər şeyə cavab verəcəyəm”, deyə sabiq məmur bildirib.

Seçilən
123
2
Mənbələr
Şərh ()
Bağla