AZ

Alveşə güzəşt edildi

Daniel Alveşə güzəşt edilib.

"Football-plus.az" xəbər verir ki, Barselona məhkəməsi braziliyalı futbolçunu 1 milyon avroluq girov əvəzində azadlığa buraxıb. Bir müddət əvvəl Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayəti vermiş və yekun hökm çıxarılana qədər məhkumun azadlığa buraxılmasını tələb etmişdi.

Xatırladaq ki, Daniel ötən ilin yanvarında Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də 40 yaşlı futbolçu nəzarətə götürülüb. Daha sonra isə 4,5 il müddətinə həbs cəzasına məhkum edilib və həmçinin mənəvi təzminat kimi zərərçəkənə 150 ​​min avro ödəməyə məhkum edilib.

Maraqlıdı ki, İspaniya prokurorluğu Alveşin daha uzun müddətdə həbsdə qalmasını lazım bilərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla