"Səhnə adamları ailəyə yox, xalqa məxsusdurlar. Onlar 80 yaşında da ailə qura bilərlər. İnsanlar var efirdə deyib, elə qız alacağam ki, telefonu olmasın. Biri deyib, müğənni almaram, alıb da. O biri qayıdıb, ailə dağıtmaram. Dağıdıb da, boşanıb da. İdmançılar olub ki, deyib, müğənni qız almaram. Alıb, sonra qız da onu boşayıb. Flora Kərimovanın bir sözü var, pis yola getməkdənsə, 5 dəfə ailə qurmaq yaxşıdır".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gəl, danış" verilişində deyib. Müğənni ailə qurması haqda sualları cavablandırıb. O bildirib ki, bu yaşdan sonra ailə qurmağı düşünmür.
Bacısı ilə küsməsi haqda suala "Bacılarım hər zaman yanımda olub. İstəyirəm, bacılarım özləri addımlayıb, uğur qazansınlar. Məndən də istedadlıdırlar" cavabını verib.