AZ

“Krokus”da baş verən terror aktı Nord-Ost ilə müqayisə olundu

“Alfa” qrupunun veteranları "Krokus"da baş verən terror aktını Nord-Ost faciəsi ilə müqayisə ediblər. Onlar miqyası və rezonansı baxımından "Krokus Siti Holl"dakı terror aktının Budennovsk, Nord-Ost və Beslanda törədilmiş cinayətlərlə eyni səviyyədə olduğunu deyiblər.

Publika.az xəbər verir ki, veteranlar bildiriblər ki, Moskva vilayətində baş verən faciə insanları başqa ölkədə oyanmağa məcbur edib.

Onların sözlərinə görə, terrorçular əvvəllər tələblər irəli sürürdülərsə, indi insanları öldürmək, qorxutmaq xatirinə öldürürlər.

“Terrorçular bizim dəyərlərimizə, adət-ənənələrimizə nifrət edirlər, Rusiyanın özünə nifrət edirlər ”, - bəyanatda deyilir.

Veteranlar terror hadisəsindən sonra daha sərt tədbirlər görülməli olduğunu deyiblər.

phrase_var_article.chosen
22
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close