AZ

“Fənərbaxça”nın üç zədəli futbolçusu sıraya dönür, biri isə…

Türkiyənin “Fənərbaxça” klubunda zədədən əziyyət çəkən futbolçularının nə vaxt sıraya nə vaxt dönəcəkləri müəyyənləşib.

Arena.az xəbər verir ki, həmin futbolçuların milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra sıraya qayıdacaqları gözlənilir.

Avropa Konfrans Liqasında Belçika “Yunion”u ilə oyunda zədə almış Çağlar Söğüncü zədəsini sağaldı. O, artıq fərdi qaydada məşqlərə başlayıb. Türkiyəli futbolçunun fasilədən sonra komandaya qoşulacağı bildirilir.

Zədəsi sağaltsa da, oynamağa tam hazır olmadığı üçün “Trabzonspor”la matçda heyətdə olmayan Leonardo Bonuççi və Rodriqo Bekao da fasilədən sonra heyətə qayıdacaqlar.

Zədəsi davam edən Coşua Kinqin isə bir müddət komandadan uzaq qalacağı ehtimal olunur.

Xatırladaq ki, “Fənərbaxça” Türkiyə Super Liqasının cari mövsümündə 30 oyuna topladığı 79 xalla 2-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi hazırda əzəli rəqibi olan lider “Qalatasaray”dan cəmi 2 xal geri qalır.

Bahar Rüstəmzadə

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla