AZ

Putinə başsağlığı verdi: "Ümid edirik ki, Rusiya tezliklə..."

Şimali Koreya lideri Kim Çen In Moskva vilayətinin "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Kim Çen In Şimali Koreyanın terrorizmin bütün növlərinə qarşı olduğunu bildirib:

"Heç bir şey terror aktlarına haqq qazandıra bilməz. Xalqımız dost rus xalqının yaşadığı bədbəxtliyi və kədəri öz dərdi kimi görür. Biz rus xalqının ictimai-siyasi birliyini və sabitliyini arzulayırıq, öz ölkəsinin müdafiəsi yolunda onlarla həmrəyik. Ümid edirik ki, Rusiya bu dəhşətli hadisənin yaralarını tezliklə sağaldacaq".


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla