AZ

Leonid Volkovdan Rusiya FTX-nə sərt təpki: Gücünüz ancaq buna çatır...

Kreml rejimi məni və həyat yoldaşımı, bir çox vicdanlı insanı rəsmən terrorçu hesab edir (hətta bu yaxınlarda mənə bunu xatırlatmaq üçün əlində çəkiclə adam göndərmişdi). Lakin FTX əsl görməli olduğu işlə məşğul olmur.

Musavat.com xəbər verir ki, bu barədə Aleksey Navalnının qurucusu olduğu Korrupsiyaya qarşı mübarizə fondunun (KMF) rəhbəri Leonid Volkov öz telegram kanalında yazıb.

“Xüsusi mühüm işlər üzrə 141 müstəntiq 4,5 ildir ki, “KMF işi” adlanan işi “araşdırır”; FTX (daha doğrusu onun Konstitusiya quruluşunun müdafiəsi idarəsi) bu vacib "iş" üçün xüsusi "əməliyyat dəstəyi" verir.

Ölkədə yüzlərlə insan müharibəni sadəcə “müharibə” adlandırdığına, KMF-yə 200 rubl dəstək verdiyinə və ya Navalnının məzarına gül gətirdiyi üçün həbsdədir. Bu adamların hamısı FTX tərəfindən sorğu suala tutulur.

FTX zabitləri daxili təxribatçılarla teleqram çatlarında gənclərdən "terrorçu hücrələr" yaratmağı və sonra onları "cəsarətlə" ifşa etməyi sevirlər. Onlar mövcud olmayan terrorçuları - fərqli düşünənləri təqib etməyi xoşlayırlar. Ona görə də başqa işlərlə məşğul olmağa vaxtları qalmır.

Buna görə də FTX həqiqətən görməli olduğu yeganə işi - real, dəhşətli terror hücumunun qarşısını ala bilmir”, - deyə rusiyalı müxalifətçi yazıb.

Musavat.com

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla