AZ

Rusiya İstintaq Komitəsinin rəhbəri terrorun təşkilatçılarının tapılmasını tələb edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin tabeliyində olanlara Moskvada “Krokus Siti Holl”da törədilən terror aktının təşkilatçılarını tez bir zamanda müəyyən etməyi tapşırıb.

Azpost.info bildirir ki, bu barədə TASS-a İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

“Komitənin başçısı bu ağır cinayətin törədilməsində iştirak edən bütün şəxslərin müəyyən edilməli olduğunu vurğulayıb, xüsusilə onun təşkilatçılarının tez bir zamanda müəyyən edilməsinin vacibliyini qeyd edib. Faciənin ən xırda təfərrüatlarının son dərəcə hərtərəfli aydınlaşdırılmasını və onlarla diqqətli işləməyi tələb edib”, – məlumatda deyilir.

İK həmçinin qeyd edib ki, Bastrıkin öz tabeliyində olanları terror aktının mənzərəsini, o cümlədən əvvəlki hadisələri ətraflı şəkildə bərpa etmək tapşırığına istiqamətləndirib.

Bastırikin bazar günü əməliyyat müşavirəsi keçirib və “Crocus City Hall” konsert zalında terror aktı baş verən yerdə işləyən istintaq qrupunun işinə nəzarət edib.

phrase_var_article.chosen
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close